Tuesday, 24 December 2013

Dekabrın 24-də Təhsil Nazirliyi tərəfindən media nümayəndələrinin İsmayıllı rayonuna səfəri təşkil olunub.



Səfərdə Təhsil Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri və təhsil mütəxəssisləri də iştirak ediblər.
Səfər çərçivəsində İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan hədəflərin müzakirəsinə həsr olunmuş “Dəyirmi masa” keçirilib.
İsmayıllı rayonundan 200 nəfərə yaxın təhsil işçisinin və ictimaiyyət nümayəndələrinin də qatıldığı “Dəyirmi masa”da Dövlət Strategiyası çərçivəsində təhsilin inkişaf prioritetləri və keyfiyyətin təmin edilməsi barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə təhsilin məzmun islahatları, müəllim əməyinin diferensial qiymətləndirilməsi, bölgə müəllimlərinin karyera inkişafı, səciyyəvi problemləri və digər məsələlərə toxunulub. Dövlət Strategiyasında nəzərdə tutulmuş müddəaların uğurla həyata keçirilməsi üçün ictimai dəstəyin əhəmiyyəti qeyd olunub, bölgələrdəki məktəblərdə çalışanların müvafiq islahat və yeniliklərə hazır olmasının zəruriliyi vurğulanıb. Qeyd olunub ki, Dövlət Strategiyasının qəbulundan ötən 2 ay ərzində təşkil olunmuş bütün “Dəyirmi masa”lar strategiyanın təhsil ictimaiyyəti və valideynlər tərəfindən daha düzgün dəyərləndirilməsi məqsədlərinə xidmət edir. 
İsmayıllı şəhər 1, 2 və 3 saylı, Lahıc qəsəbə, Cülyan, İvanovka, Talıstan, Qurban Əfəndi, Ruşan, Qoşakənd və Təzəkənd kənd tam orta məktəblərin direktorları və müəllimlər çıxış edərək Dövlət Strategiyasında qarşıya qoyulmuş ümdə vəzifələrin yerlərdə daha dolğun izahı baxımından belə tədbirlərin əhəmiyyəti haqqında fikirlərini bildiriblər.
Müzakirələrin sonunda müəllimləri, ictimaiyyət nümayəndələrini və media təmsilçilərini maraqlandıran suallar cavablandırılıb.
“Dəyirmi masa”da irəli sürülmüş bütün təkliflər ümumiləşdirilərək Təhsil Nazirliyinə təqdim olunacaqdır.
Sonra İsmayıllı şəhər 1 saylı tam orta məktəbdə ingilis dili müəllimi Ruhiyyə Mahmudovanın VI sinifdə, İsmayıllı şəhər 2 saylı tam orta məktəbdə Azərbaycan dili müəllimi Eminə Orucovanın VI sinifdə, fizika müəllimi Şəkər Hacıyevanın VIII sinifdə, İsmayıllı şəhər 3 saylı tam orta məktəbdə ədəbiyyat müəllimi Çingiz Muradlının X sinifdə, Cülyan kənd tam orta məktəbdə ingilis dili müəllimi Şərafət Bayramovun V sinifdə, İvanovka kənd tam orta məktəbdə Həyat bilgisi müəllimi Lamiyə Əhmədovanın II sinifdə, ibtidai sinif müəllimi Məhbubə Allahverdiyevanın I sinifdə, Təzəkənd kənd tam orta məktəbdə coğrafiya müəllimi Elşad Vahabovun VI sinifdə və Lahıc qəsəbə tam orta məktəbdə fizika müəllimi Rövşən Əliyevin VI sinifdə tədris etdiyi “Açıq dərs”lər izlənilib.

Wednesday, 21 August 2013

Azerbaycan respublikasi Tehsilin informasiyalasdirilmasi merkezi/Bloqun  teqdimat    gunu/

Friday, 12 July 2013

Keep Calm

Hörmətli Keep Calm yarışmasının iştirakçıları, 

Hər birinizə iştirakınız üçün təşəkkür edirik. Yarışda 250-dən artıq iştirakçı öz yazısını təqdim etmişdir. 

Bir həftə ərzində baş tutan 2-ci turda ən çox səs toplayan iştirakçılar 266 səslə Mircavad Əhməd, eyni sayda səslə Akife Adilove və 150 səslə Sharafat Bayramov olmuşdur. Lakin yarışmanın şərtlərinə əsasən təqdim olunan yazıların Yaradıcı Reklamın Qəbulu Siyasətinə uyğun olmaması və məzmunlarındakı qrammatik-semantik və leksik ifadələrin Keep Calm ifadəsi ilə uyğun olmaması səbəbilə təəssüf ki Akife Adilove və Mircavad Əhmədin nəticələri qalib elan oluna bilmez. Beləliklə, yarışmanın 2-ci turunun qalibi Sharafat Bayramov-dur. Sharafat Bayramov British Council-dan iPod Shuffle qazandı. Sizi təbrik edirik!

Sunday, 24 March 2013



A  TEACHER is   like a candle - it  consumes itself to LIGHT the way for others!




Add caption

Thursday, 7 March 2013

Bütün  Azərbaycan  Qadınlarını 8 Mart Qadınlar  bayramı  münasibəti  ilə  təbrik  edirəm.

Sunday, 24 February 2013


2012 ilin qəbul kampaniyası

Əmirxanlı Əminə Elşən 

2011 ilin buraxılışı. Toplanılan bal: 551.000. Azərbaycan Dillər Universitetinin "Xarici dil müəllimliyi (ingilis dili üzrə)" ixtisasına qəbul olunub.
Əşrəfli Şaiq Sahib 

2012 ilin buraxılışı. Toplanılan bal: 510.000.