Tuesday 21 October 2014



17 oktyabr 2014-cü il tarixdə saat 12:00-da Gənclər Mərkəzinin akt zalinda 18 oktyabr Müstəqillik gününə həsr edilmiş “Xəmsə” milli intellektual oyununun IV Azərvbaycan çempionatının rayon mərhələsi keçirildi. Yarışı İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi T.Salehov açaraq iştirakçıları salamladı və hər bir komandaya uğur arzuladı. Gərgin bilik mübarizəsi şəraitində keçən yarışda rayonumuzun müxtəlif məktəblərindən 12 komanda iştirak etdi. Komandalar içərisində ən yüksək nəticələri Cülyan, Təzəkənd və şəhər 1 saylı tam orta məktəbin komandaları göstərərək finalda mübarizə apardılar.





Thursday 10 April 2014

Daha bir ugurumuz!!!

Aprelin 10-da məktəblilərin 2014-cü ildə keçirilmiş respublika fənn olimpiadalarının nəticələri elan edilib.
(http://edu.gov.az/upload/file/emr/2014/respublika-fenn-olimpiadalarinin-qalibleri-10.01.14-416-sayli-emr.pdf)13.Hüseynova Aygün Aydın qızı–İsmayıllı rayonu Cülyan kənd tamorta məktəbinin XI sinif şagirdi

Saturday 15 March 2014

İsmayıllı  rayon  Cülyan kənd tam  orta məktəbində  sil-silə bayram  tədbirləri  uğurla  davam  etdirilir.Bütün müəllim  və  şagird  heyyəti  bu  tədbirləri  böyük  bir  həvəslə  izliyirlər.







Monday 24 February 2014

2013 ilin qəbul kampaniyası
Əmirxanlı Ceyhun Əmrah 

2013 ilin buraxılışı. Toplanılan bal: 681.000. Azərbaycan Tibb Universitetinin "Müalicə işi" ixtisasına qəbul olunub.
Ağamalıyeva Humay Elşən 

2013 ilin buraxılışı. Toplanılan bal: 586.000. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "İqtisadiyyat" ixtisasına qəbul olunub.
Fərmanlı Gülqədəm Bəhrəm 

2013 ilin buraxılışı. Toplanılan bal: 582.000. Bakı Dövlət Universitetinin "Sosial iş" ixtisasına qəbul olunub.
Ağayev Sərvər Vaqif 

2013 ilin buraxılışı. Toplanılan bal: 567.000. Azərbaycan Dövlət Neft Akademiyasının "Neft-qaz qurğuları mühəndisliyi" ixtisasına qəbul olunub.
Avadanlı Səidə Vahid 

2013 ilin buraxılışı. Toplanılan bal: 551.000. Bakı Dövlət Universitetinin "Tarix müəllimliyi" ixtisasına qəbul olunub.
Həmidova Əfsanə Tahir 

2013 ilin buraxılışı. Toplanılan bal: 508.000. Azərbaycan Dillər Universitetinin "Xarici dil müəllimliyi (ingilis dili üzrə)" ixtisasına qəbul olunub.

Saturday 15 February 2014

“İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” layihəsində iştirak etmək üçün bu gun Aptis adlanan ingilis dili testindənkeçdik.Yeniden imtahan həyacanını bizi yaşatdiqları üçün Təhsil Nazirliyi, British Council, Microsoft və Mədəd təşkilatına öz dərin minnətdarlığımı bildirirəm!!!