the best teacher





                                                                                                                             Bayramov Şərafət Təhmuraz oğlu İsmayıllı rayonu Cülyan kənd  orta məktəbin ingilis dili müəllimidir.
                                                                                                                            Şərafət Bayramov 1980 cı ildə  Yanvarın 7-də İsmayıllı  rayonunda  anadan olmuşdur.
                                                                                                                    Orta təhsili İsmayııll  şəhər 1 saylı  orta məktəbində  rus  dilində  bitirmişdir.
                                                                                                                    1997-ci ildə GDU-nin ingilis  dili  fakültəsini bitirmişdir. 2002 ci ildə Gəncə  Dövlət universitetinin ingilis  dili               
                                                                                                                    fakultısini yaxşı qiymətlər ilə bitirdikdən  sonra 1 il Azərbaycan  silahlı  qüvvələrinin sıralarında hərbi  
                                                                                                                    xidmət  keçdi. İşlədiyi müddətdə bir çox nailiyyətlərə imza atmışdır.
                                                                                                                       2004- 2007 –ci illərdə “Təhsil Nazirliyinin və British Council İngilis dili müəllimlərinin ixtisas artırma təlimi            
                                                                                                                      (İNSETT) proqramı çərçivəsində MÜƏLLİMLƏRİ TƏKMİLLƏŞDİRMƏ LAYİHƏSINİN II                                  
                                                                                                                      MƏRHƏLƏSİNDƏ “ÖYRƏDƏNLƏRİN ÖYRƏDƏNLƏRİ”  statusuna layiq  görülmüşdür . 2005-ci ildə     
                                                                                                                      Lənkəranda beynalxalq konfransda “Fəal İcma Məktəb” layihəsində iştirak etməyi, Sumqayıt və    
                                                                                                                      Mingəçevirdə trener kimi fəaliyyət göstərməyi,  Amerika Beynəlxalq Təhsil Şurası ACCELS tərəfindən  
                                                                                                                     “Təhsildə Əməkdaşlıq” Proqramının yay institutu seminarında iştirakı, eləcədə 2007-ci ildə Vilnyusda       
                                                                                                                      təcrubə mübadiləsi ilə ezamiyyə olunmağı onu üzərində daima işləyən islahatçı müəllim kimi formalaşdırdı.
                                                                                                                           Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03.05.2004-cü il tarixli, 375 nömrəli əmri ilə Təhsil Sektorunun  
                                                                                                                           İnkişafı Layihəsi çərçivəsində Məktəb Qrantı Proqramı qəbul edildi. Təhsil İslahatı Proqramının üçüncü  
                                                                                                                            komponentinə - “Təhsil almaq üçün bərabər hüquqlar və imkanlar”- uyğun olaraq Məktəb Qrant Proqramı çərçivəsində Respublikanın üç pilot rayonlarında  dəyəri 5000 ABŞ dolları miqdarında təkliflər (layihələr) hazırlanmalı idi. Bu proqramda iştirak etmək üçün rayonda müəllimlər arasında keçirilən müsabiqədə qalib gələrək Bakıda təşkil olunan və beynalxalq trenerlər tərəfindən keçirilən treninqlərdə iştirak etmək hüququ alan rayonumuzu təmsil edən müəllimlərdən biri oldu. “Keçid dövründə məktəblərin təkmilləşdirilməsi”  və  “Məktəb öyrədən  icmadır” mövzusunda keçirilən treninqlərdə iştirak edərək sertifikatlar əldə etdib.    Məktəbdə üç  innovativ tədris  kabinetinə nail olublar.
    Biz dünya müəllimlərini və gənclərini  əməkdaşlığa, təcrubə mübadiləsinə, birgə öyrənməyə çagıran IEARN təşkilatına yenicə qatılmışdır. Artıq bir neçə layihə üzərində çalışır. ”Mənim məktəbim, sənin məktəbin”.2009-2010 cu tədris ilində Azərbaycan Respublikasının prezidenti cənab  İham Əliyevin sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim “ müsabiqəsinin qalibi  olmuşdur.  Bayramov Şərafətin “Ən yaxşı müəllim “ müsabiqəsində  göstərdiyi   nəticə respublika  ingilis dili  müəllimləri  arasında birinci  ümumi  100  müəllim  arasında 4- cü  olmuşdur.
     2010- cu ilin Sentyabrın 20-dən dekabrın 5 –dək    British Council və Təhsil  Nazirliyi tərəfindən keçiriliən  İngilis dili müəllimlərinin ixtisas artırma təlimi  olan ETTO onlayn   kurslarında   İştirak  edib  Fərqlənmə  seritifikatı ilə təltif  olunmuşdur. 2010 –cu il noyabrın 13-14 Xəzər  universitetində  təşkil  olunan AZETA-nın  7  ci  beynəlqxalq  konfransıda  iştirak etmiş və  İsmayıllı  rayonu üzrə AZETA –nın  fəall  üzv    seçilmişdirş. Hal  hazırda müxrəlif  şagirdləri  ilə birlikdə  müxtəlif  layihələrdə  çalışır.
     Culyan  kənd  tam orta  məktəbinin 9 –cu  sinif  şagirdlərini  “ŞAGİRDİNİN TƏDQİQAT  LAYİHƏSİNƏ” qoşmuşdur. Hər  həftənin 6-cı  günləri İSMAYILLI  İREX təşkilatında  limitsiz  internet  xidmətindən  istifadə  etməklə  inşalar  tərtib  edərək  layihələr  hazırlayırlar.  Və çox  sevindirici  haldır  ki bu  müsabiqədə  Şərafət müəllimin  şagirdləri  rayon  məktəbləri  arasında  3-cü , kənd  məktəbləri   arasında  isə 1-ci  yerə  çıxıblar. 6-7 –ci  sinif  şagirdlərini isə  “MƏNİM  ADIM  DÜNYADA” LAYİHƏSİNƏ və “GƏNCLƏR SİLAHA YOX DESİNLƏR”  layihəsinə  qoşmuşdur.
      Şərafət müəllim Cülyan kənd tam orta məktəbinin  bloqunu yaratmışdır. http://ismailliculyanvillagesecondaryschool.blogspot.com/p/international-projects.html
və  gündəlik yeniliklərlə  məktəbin   internet  səhifəsi  yeniləşdirir.Və  eyni zamanda artiq  ikinci  ildir ki  Təhsil  Nazirliyinin Portalında  yerləşən  Elektron  Təhsil  müsabiqəsində işteirak  edir. 2011- ci il də isə “ Elektron Təhsil “  müsabiqəsinin qalibi  olmuşdur.
   Şagirdləri ilə birgə müxtəlif  beynəlqxalq  layihələrdə  iştirak  edir -  “Organic Garden”   “MY NAME AROUND THE WORLD”
 (facilitated by Olga Timofeeva, Russia) 
Beynəlqxalq  layihələrdə iştiriak edərək  iyun ayın   20-25 tarixlərində  Rusiyyanln  Çelyabinsk  şəhərində  keçiriləcək “Global  Mother land “ samitində  iştirak  etmək  üçün tələbələri ilə birlikdə  dəvət  almışdır. Və ümüd  edirik  ki  Respublikamızı layiqincə  təmsil  etmişdir.Hər birinizə iştirakınız üçün təşəkkür edirik. Yarışda 250-dən artıq iştirakçı öz yazısını təqdim etmişdir. 

Bir həftə ərzində baş tutan 2-ci turda ən çox səs toplayan iştirakçılar 266 səslə Mircavad Əhməd, eyni sayda səslə Akife Adilove və 150 səslə Sharafat Bayramov olmuşdur. Lakin yarışmanın şərtlərinə əsasən təqdim olunan yazıların Yaradıcı Reklamın Qəbulu Siyasətinə uyğun olmaması və məzmunlarındakı qrammatik-semantik və leksik ifadələrin Keep Calm ifadəsi ilə uyğun olmaması səbəbilə təəssüf ki Akife Adilove və Mircavad Əhmədin nəticələri qalib elan oluna bilmez. Beləliklə, yarışmanın 2-ci turunun qalibi Sharafat Bayramov-dur. Sharafat Bayramov British Council-dan iPod Shuffle qazandı. Sizi təbrik edirik!

Müəllimlərin bloqları” nominasiyası üzrə I yeri Sevil Abdulkərimova (Mingəçevir 3 nömrəli tam orta məktəbin müəlliməsi) tutmuşdur. Gülbəniz İbrahimova (Kürdəmir 1 nömrəli tam orta məktəbin müəlliməsi) II yerə,  Etibar Süleymanov (Ordubad Dırnıs tam orta məktəbin müəllimi) və Şərafət Bayramov (İsmayıllı Cülyan kənd tam orta məktəbin müəllimi) III yerə layiq görülmüşlər.
Birgə layihə ilə çıxış edən Dünyabəyim Eminova və Nail Fərəcov (İsmayıllı 2 nömrəli məktəb)