about our school






Qəbul kampaniyalarının nəticələrinə gorə ən qabaqcıl məzunlar
Səhifələr:
 [1] (2004-2011)   [2] (2001) 


2011 ilin qəbul kampaniyası
Mazanov Elsevər Əzim

2011 ilin buraxılışı. Toplanılan bal: 610.000.
Əmirxanlı Xəyyam Əmrah

2011 ilin buraxılışı. Toplanılan bal: 571.000. Azərbaycan Tibb Universitetinin "Əczaçılıq" ixtisasına qəbul olunub.
Orucov Elnur Ramiz

2011 ilin buraxılışı. Toplanılan bal: 541.000.
2010 ilin qəbul kampaniyası
Şirinli Emil Şirin

2010 ilin buraxılışı. Toplanılan bal: 680.000. Azərbaycan Dövlət Neft Akademiyasının "Neft-qaz mühəndisliyi" ixtisasına qəbul olunub.
Qafarlı Murad Asif

2010 ilin buraxılışı. Toplanılan bal: 599.000. Bakı Dövlət Universitetinin "Kompyuter elmləri" ixtisasına qəbul olunub.
Qədirli Natella Neman

2009 ilin buraxılışı. Toplanılan bal: 581.000. Azərbaycan Dillər Universitetinin "Tərcümə (Azərbaycan-ingilis)" ixtisasına qəbul olunub.
Yəhyayeva Mədinə Nazim

2010 ilin buraxılışı. Toplanılan bal: 500.000. Bakı Slavyan Universitetinin "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisasına qəbul olunub.
2009 ilin qəbul kampaniyası
İsazadə Elvin Qismət

2009 ilin buraxılışı. Toplanılan bal: 660.000. Azərbaycan Tibb Universitetinin "Müalicə işi" ixtisasına qəbul olunub.
2008 ilin qəbul kampaniyası
Qədirli Nurlan Yelmar

2008 ilin buraxılışı. Toplanılan bal: 620.000.
Şabanov Valeh İxtiyar

2007 ilin buraxılışı. Toplanılan bal: 598.000. Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisasına qəbul olunub.
Orucova Nərmin Rasim

2008 ilin buraxılışı. Toplanılan bal: 594.000. Azərbaycan Tibb Universitetinin "Stomatologiya" ixtisasına qəbul olunub.
Əliyeva Gülarə Nimət

2008 ilin buraxılışı. Toplanılan bal: 567.000. Azərbaycan Müəllimlər İnstitutunun "Xarici dil (ingilis dili, Şəki filialı)" ixtisasına qəbul olunub.
2006 ilin qəbul kampaniyası
İsayeva Nilufər Qismət

2006 ilin buraxılışı. Toplanılan bal: 559.124. Bakı Dövlət Universitetinin "Tarix" ixtisasına qəbul olunub.
2005 ilin qəbul kampaniyası
Yəhyayeva Xəyalə Rafael

2005 ilin buraxılışı. Toplanılan bal: 556.250. Azərbaycan Dillər Universitetinin "Regionşünaslıq (Fransaşünaslıq, fransız dili)" ixtisasına qəbul olunub.
Orucov Rahim Ramiz

2005 ilin buraxılışı. Toplanılan bal: 537.804. Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Coğrafiya" ixtisasına qəbul olunub.
2004 ilin qəbul kampaniyası
Oruclu Pərvin Rasim

2004 ilin buraxılışı. Toplanılan bal: 523.322. Bakı Dövlət Universitetinin "Azərbaycan dili və ədəbiyyatı" ixtisasına qəbul olunub.





Burada  siz  bizim  məktəb  haqqında  məlumatlar  tapa  bilərsiz.

Cülyan kənd orta məktəbi 1929-cu ildən ibtidai,1963-cü ildəb əsas məktəb,1983-cü ildən isə orta məktəb kimi fəaliyyət göstərir.2008- ci ilin sentyabr ayınadək tədris köhnə,uyğunlaşdırılmış binada  aparılırdı. Hörmətli Prezidentimiz İlham Əliyevin qayğısı və köməkliyi ilə  qısa müddətdə 220 şagird yeri olan yeni məktəb binası tikilərək  istifadəyə verildi.Kollektivimiz üçün çox sevindirici haldır ki,illərlə  arzuladığımız yeni məktəb binası tikildi və binanın açılışında Təhsil  Naziri,hörmətli Misir Mərdanov cənabları da iştirak etdi.O məktəbdəki şəraitlə tanış oldu , tədrisin vəziyyəti ilə maraqlandı və öz tövsiyələrini verdi.Bu diqqətə görə kollektivimiz adından  hörmətli Misir müəllimə minnətdarıq.Məktəbdə 238 nəfər şagirdin təlim-tərbiyəsi ilə 26  nəfər  müəllim məşğul olur.Fənn müəllimləri ilə 100 % təmin olunmuşdur.Yeni məktəb binasında  tədris üçün lazım olan bütün şərait yaradılmışdır.H.Əliyev,əlaçılar,tarix-diyarşünaslıq və   şagirdlərin əl işlərindən ibarət güşələr yaradılmışdır.Məktəbdə  idman   zalı,   kitabxana,bufet,2 laboratoriya və 8 fənn kabineti şagirdlərin  istifadəsinə verilmişdir.                 
Məktəb 2005-ci ildən müstəqil maliyyələşmə ilə işləyir. 13 şagirdə 1 kompyüter olmaqla 18 kompyüter  və digər İKT  avadanlıqları vardır.Müəllim-şagird nisbəti 1:11-dir.Məktəb 5              günlük iş həftəsi ilə,bir növbəli iş rejimi ilə işləyir. Respublika  təhsilində gedən denişmiqyaslı məzmun islahatları məktəbdə təlim şəraitinin yaxşılaşdırılması,tədrisin keyfiyyətinin              yüksəldilməsi və müəllimlərin pedaqoji ustalığının artırılması  istiqamətində əsaslı dönüş yaratmışdır. Məktəbin bütün müəllimləri Təhsil Nazirliyinin və “Mədəd” humanitar təşkilatının birgə hazırladıqları İKT kurslarının sertifikatını almışlar.Hər bir müəllim işinə yüksək məsuliyyətlə yanaşaraq dərslər müasir tələblər səviyyəsində qurmağa çalışır.Fərəhlə deyə bilərəm ki,müəllimlərimizin 60 %-dən çoxu İKT avadanlıqları ilə işləməyi bacarırlar.                  Son üç ildə bir müəllimimiz “Qabaqcıl Təhsil işçisi” döş nişanına (Şabanov İxtiyar Seyfəddin oğlu),iki nəfər isə Təhsil Nazirliyinin “Təşəkkür”ünə(Abdullayev Tahir Şıxalı oğlu və              Yəhyayeva Məryəm Əlibəy qızı) layiq görülmüşdür. Bunun nəticəsidir ki,Cülyan kənd orta məktəbinin məzunları hər il ali məktəblərə qəbulda  fərqlənir. Belə ki, son illərdə ali  məktəblərə 62 nəfər məzun qəbul olmuşdur ki,onlardan 11 nəfəri  500-700 arasında bal toplamışdır.Məktəbin məzunu Natiq  Mursalov 664 balla Bakı İqtisad Universitetinin beynəlxalq              iqtisadi münasibətlər fakültəsinə qəbul olmuşdur.O,Fransada  magistratura təhsili almış və hazırda Fransanın Azərbaycandakı  səfirliyində çalışır.Nurlan Qədirli 620 balla Polis               Akademiyasına,Valeh Şabanov 598 balla Bakı Dövlət  Universitetinə,Nərmin Oruclu 594 balla ,Elvin  İsazadə 660 balla  Azərbaycan Dövlət Tibb Unuversitetinə qəbul olmuşdur. İsazadə Elvin Prezident   təqaüdünə layiq görülmüşdür. Son üç ildə qəbulun nəticələri uğurlu olmuşdur.Ali məktəblərə  sənəd vermiş məzunların  2007-ci ildə 31 faizi,2008-ci ildə 36 faizi  və 2009-cu ildə isə 38 faizi ali məktəblərə qəbul olunmuşdur.

Orta bal göstəricisi respublika üzrə 2007-ci ildə 203,2008-ci ildə  224,2009-cu ildə 213 ,rayon üzrə 2007-ci ildə 205,2008-ci ildə 245,2009-cu ildə 219,məktəb üzrə 2007-ci ildə 210,2008-ci ildə  289,2009-cu ildə 243  olmuşdur. Qəbulun nəticələrinə görə Cülyan kənd orta məktəbi 2006,2008- ci illərdə respublika üzrə yaxşı məktəblər sırasına daxil edilmişdir.Son illərdə tarix fənni üzrə göstəricilər rayon və respublika üzrə ən yaxşı göstəricilərdən hesab edilmişdir.                  Məktəbin ingilis dili müəllimi Şərafət Bayramov Təhsil Nazirliyinin xətti ilə Litva respublikasında olmuş,oranın təhsil sistemində tətbiq olunan müasir innovasiyalarla tanış olmuş və  qazanılan təcrübənin məktəb və rayon səviyyəsində yayılmasında yaxından iştirak etmişdir.  Müntəzəm olaraq məktəbdə açıq dərslər təşkil olunaraq digər müəllimlərin həmin dərslərdə iştirakı təmin edilmişdir. Hörmətli Misir müəllimin imzası ilə təsdiq edilən  “Kurikulum”,   ”Yeni qiymət” və s.islahatlar uğurla həyata  keçirilir.Məktəbdə kurikulum güşəsi yaradılmışdır.Kurikulumla bağlı məsələlər müntəzəm müzakirə edilir,kurikulum tətbiq edilən              siniflərdə açıq dərslər və onların müzakirəsi təşkil edilir.Məktəb Qrant layihələrində fəal iştirak etmiş,3 layihə üzrə qalib olmuşdur.”İngilis dilinin innovativ tədrisinin təşkili”,”Güclü              riyaziyyatçılar bazası”,”Müasir biologiya kabineti” layihələrini  tətbiqi nəticəsində fənlərin ədrisi keyfiyyəti yüksəlmiş,icma-məktəb  münasibətləri daha da inkişaf etmiş və etməkdədir.Belə             ki,icmanın nümayəndələri layihələr əsasında yaradılmış kabinetlərdə dil və  kompyüter öyrənmə kurslarında fəal iştirak edirlər.Məktəbin fəaliyyətində nəzərə çarpan ən mühüm cəhətlərdən               biri də odur ki,şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xüsusi diqqət yetirilir.Məktəbimizin şagirdlərdən ibarət  “Şahin” komandası demək olar ki,hər il rayon səviyyəsində fərqlənir.Güllə  atıcılığında rayon və zona turlarında uğurla iştirak  edərək respublika  mərhələsinə vəsiqə qazanmışlar. 

VI sinif şagirdi Əlizadə Elxan Okinava karate-do üzrə respublika və MDB çempionu olmuşdur.Sevindirici haldır  ki,finalda məğlub etdiyi idmançı Ermənistan təmsilçisi olmuşdur.                       Məktəbin 20-dən çox məzunu hal-hazırda Milli Ordu,Daxili İşlər və Ədliyyə orqanlarında yüksək rütbəli vəzifələrdə çalışırlar. İstedadlı şagirdlərin üzə çıxarılması ilə əlaqədar Respublika               Prezidentinin fərmanı və Təhsil Nazirinin müvafiq sərəncamına  əsasən məktəbdə Kiçik Akademiya  yaradılmışdır.Məktəbdə yaradılanKiçik Akademiyada şagirdlər öz raşdırmalarını aparır  və elmi işlərini hazırlayırlar.

Akademiya 3 bölmədə(humanitar,təbiət,dəqiq elmlər) fəaliyyət göstərir.”Kiçik Akademiyanın “Şagird elmi Cəmiyyətinin sədri XI sinif şagirdi Şirnli Emil geniş araşdırma apararaq Azərbaycan xalqının başına gətirilən müsibətləri tədqiq etmiş və elmi cəmiyyətdə məruzə ilə çıxış etmişdir.

Məktəbin şagirdləri  respublika  səviyyəli fənn olimpiadaları  və müsabiqələrdə fəal  iştirak edirlər.

Belə ki,müxtəlif illərdə məktəbin şagirdləri:

Fidan Orucova Azərbaycan dili və ədəbiyyatı fənni üzrə I,II,III ; 

Natiq Mursalov riyaziyyat fənni üzrə II; Pərvin Orucova Azərbaycan tarixi fənni üzrə II;                   Osmanlı Murad biologiya fənni üzrə III;

Idrisova Elnurə Heydər Əliyevin anadan olmasının 86-cı  ildönümünə həsr olunmuş inşa-yazı müsabiqəsində IV dərəcəli diplomlara layiq görülmüşlər.

Bu ənənə inamla davam etdirilir.

 Şagirdləri fənn olimpiadalarının rayon turunda və ali məktəblərə qəbulda fərqləndiklərinə görə məktəb RTŞ-nin 45 saylı  25.09.2009-cu il tarixli qərarı ilə Fəxri Fərmana layiq            görülmüşdür. Məktəbdə əsasını valideynlər təşkil edən Məktəb Şurası fəaliyyət göstəriruranın  köməkliyi ilə məktəbin abadlaşdırılması, məktəb sahəsində ağacların əkilməsi və digər tədbirlər həyata keçirilmiş və keçirilməkdədir.