Friday, 29 April 2011

İSMAYILLI RAYON CÜLYAN KƏND TAM ORTA MƏKTƏBİ.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
The independence of Azerbaijan is Eternal
                      Azərbaycanın müstəqilliyi əbədidir.
28 may 1918 ci il Azərbaycanın ən parlaq və unudulmaz tarixi günlərindən biri yəni Azərbaycanın istiqlal günüdür. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Cümhuriyyət əsrin sonunda yenidən bərpa olundu. 1918–ci ilin May aynının 28–də Azərbaycan milli şurası istiqlal bəyannaməsi ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını e’lan etdi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir. Azərbaycan xalq cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməlidir.


USAID-IREX  STUDENTS  RESEARCHING  PROJECTS.ŞAGİRD TƏHQİQT LAYİHƏSİ.-25 MAY 2011.
 MƏKTƏBİMİZİN  ŞAGİRLƏRİ BU  LAYİHƏDƏ  İŞTİRAK  EDƏRƏK  QALİB  OLUBLAR  VƏ İREX-SİN  NUMƏYƏNDƏİ  CƏNAB ƏLƏSGƏR  MUƏLLİM TƏRƏFİNDƏN    QİYMƏTLİ  HƏDİYYƏLƏRLƏ  TƏLTİF  OLUNUBLAR.



     Cülyan kənd orta məktəbi 1929-cu ildən ibtidai,1963-cü ildəb əsas məktəb,1983-cü ildən isə orta məktəb kimi fəaliyyət göstərir.2008- ci ilin sentyabr ayınadək tədris köhnə,uyğunlaşdırılmış binada  aparılırdı. Hörmətli Prezidentimiz İlham Əliyevin qayğısı və köməkliyi ilə  qısa müddətdə 220 şagird yeri olan yeni məktəb binası tikilərək  istifadəyə verildi.Kollektivimiz üçün çox sevindirici haldır ki,illərlə  arzuladığımız yeni məktəb binası tikildi və binanın açılışında Təhsil  Naziri,hörmətli Misir Mərdanov cənabları da iştirak etdi.O məktəbdəki şəraitlə tanış oldu , tədrisin vəziyyəti ilə maraqlandı və öz tövsiyələrini verdi.Bu diqqətə görə kollektivimiz adından  hörmətli Misir müəllimə minnətdarıq.Məktəbdə 238 nəfər şagirdin təlim-tərbiyəsi ilə 26  nəfər  müəllim məşğul olur.Fənn müəllimləri ilə 100 % təmin olunmuşdur.Yeni məktəb binasında  tədris üçün lazım olan bütün şərait yaradılmışdır.H.Əliyev,əlaçılar,tarix-diyarşünaslıq və   şagirdlərin əl işlərindən ibarət güşələr yaradılmışdır.Məktəbdə  idman   zalı,   kitabxana,bufet,2 laboratoriya və 8 fənn kabineti şagirdlərin  istifadəsinə verilmişdir.                 
     Məktəb 2005-ci ildən müstəqil maliyyələşmə ilə işləyir. 13 şagirdə 1 kompyüter olmaqla 18 kompyüter  və digər İKT  avadanlıqları vardır.Müəllim-şagird nisbəti 1:11-dir.Məktəb 5              günlük iş həftəsi ilə,bir növbəli iş rejimi ilə işləyir. Respublika  təhsilində gedən geniş miqyaslı məzmun islahatları məktəbdə təlim şəraitinin yaxşılaşdırılması,tədrisin keyfiyyətinin     yüksəldilməsi və müəllimlərin pedaqoji ustalığının artırılması  istiqamətində əsaslı dönüş yaratmışdır. Məktəbin bütün müəllimləri Təhsil Nazirliyinin və “Mədəd” humanitar təşkilatının birgə hazırladıqları İKT kurslarının sertifikatını almışlar.Hər bir müəllim işinə yüksək məsuliyyətlə yanaşaraq dərslər müasir tələblər səviyyəsində qurmağa çalışır.Fərəhlə deyə bilərəm ki,müəllimlərimizin 60 %-dən çoxu İKT avadanlıqları ilə işləməyi bacarırlar.                  Son üç ildə bir müəllimimiz “Qabaqcıl Təhsil işçisi” döş nişanına (Şabanov İxtiyar Seyfəddin oğlu),iki nəfər isə Təhsil Nazirliyinin “Təşəkkür”ünə(Abdullayev Tahir Şıxalı oğlu və              Yəhyayeva Məryəm Əlibəy qızı) layiq görülmüşdür. Bunun nəticəsidir ki,Cülyan kənd orta məktəbinin məzunları hər il ali məktəblərə qəbulda  fərqlənir. Belə ki, son illərdə ali  məktəblərə 62 nəfər məzun qəbul olmuşdur ki,onlardan 11 nəfəri  500-700 arasında bal toplamışdır.Məktəbin məzunu Natiq  Mursalov 664 balla Bakı İqtisad Universitetinin beynəlxalq              iqtisadi münasibətlər fakültəsinə qəbul olmuşdur.O,Fransada  magistratura təhsili almış və hazırda Fransanın Azərbaycandakı  səfirliyində çalışır.Nurlan Qədirli 620 balla Polis               Akademiyasına,Valeh Şabanov 598 balla Bakı Dövlət  Universitetinə,Nərmin Oruclu 594 balla ,Elvin  İsazadə 660 balla  Azərbaycan Dövlət Tibb Unuversitetinə qəbul olmuşdur. İsazadə Elvin Prezident   təqaüdünə layiq görülmüşdür. Son üç ildə qəbulun nəticələri uğurlu olmuşdur.Ali məktəblərə  sənəd vermiş məzunların  2007-ci ildə 31 faizi,2008-ci ildə 36 faizi  və 2009-cu ildə isə 38 faizi ali məktəblərə qəbul olunmuşdur.
2010 ilin qəbul kampaniyası
Şirinli Emil Şirin

2010 ilin buraxılışı. Toplanılan bal: 680.000. Azərbaycan Dövlət Neft Akademiyasının "Neft-qaz mühəndisliyi" ixtisasına qəbul olunub.
Qafarlı Murad Asif

2010 ilin buraxılışı. Toplanılan bal: 599.000. Bakı Dövlət Universitetinin "Kompyuter elmləri" ixtisasına qəbul olunub.
Qədirli Natella Neman

2009 ilin buraxılışı. Toplanılan bal: 581.000. Azərbaycan Dillər Universitetinin "Tərcümə (Azərbaycan-ingilis)" ixtisasına qəbul olunub.
Yəhyayeva Mədinə Nazim

2010 ilin buraxılışı. Toplanılan bal: 500.000. Bakı Slavyan Universitetinin "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisasına qəbul olunub.
2009 ilin qəbul kampaniyası
İsazadə Elvin Qismət

2009 ilin buraxılışı. Toplanılan bal: 660.000. Azərbaycan Tibb Universitetinin "Müalicə işi" ixtisasına qəbul olunub.
2008 ilin qəbul kampaniyası
Qədirli Nurlan Yelmar

2008 ilin buraxılışı. Toplanılan bal: 620.000.
Şabanov Valeh İxtiyar

2007 ilin buraxılışı. Toplanılan bal: 598.000. Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisasına qəbul olunub.
Orucova Nərmin Rasim

2008 ilin buraxılışı. Toplanılan bal: 594.000. Azərbaycan Tibb Universitetinin "Stomatologiya" ixtisasına qəbul olunub.
Əliyeva Gülarə Nimət

2008 ilin buraxılışı. Toplanılan bal: 567.000. Azərbaycan Müəllimlər İnstitutunun "Xarici dil (ingilis dili, Şəki filialı)" ixtisasına qəbul olunub.
2006 ilin qəbul kampaniyası
İsayeva Nilufər Qismət

2006 ilin buraxılışı. Toplanılan bal: 559.124. Bakı Dövlət Universitetinin "Tarix" ixtisasına qəbul olunub.
2005 ilin qəbul kampaniyası
Yəhyayeva Xəyalə Rafael

2005 ilin buraxılışı. Toplanılan bal: 556.250. Azərbaycan Dillər Universitetinin "Regionşünaslıq (Fransaşünaslıq, fransız dili)" ixtisasına qəbul olunub.
Orucov Rahim Ramiz

2005 ilin buraxılışı. Toplanılan bal: 537.804. Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Coğrafiya" ixtisasına qəbul olunub.
2004 ilin qəbul kampaniyası
Oruclu Pərvin Rasim

2004 ilin buraxılışı. Toplanılan bal: 523.322. Bakı Dövlət Universitetinin "Azərbaycan dili və ədəbiyyatı" ixtisasına qəbul olunub.
2001 ilin qəbul kampaniyası
Mursalov Natiq Eyvaz

2001 ilin buraxılışı. Toplanılan bal: 663.750. Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqtisadi münasibətlər" ixtisasına qəbul olunub.
Şirəliyev Ramil Əliyar

1997 ilin buraxılışı. Toplanılan bal: 553.000. Azərbaycan Dillər Universitetinin "Filologiya" ixtisasına qəbul olunub.

2 comments:

Sherafet said...

Really üe are very glad to üork together .And üe üill be glad to see yours at our school in Azerbaijan.

Olga said...

Thanks a lot, dear Sherafet!
Hope to be useful to your workmates.
regards,
Olga