Tuesday, 1 February 2011

BÖYUK UĞUR


                                                Sevinc , həmdə  məsuliyyət.

 Cülyan kənd  orta  məktəbi uzun  illərdi ki , fəaliyyətə başlayıb.Fəaliyyətə başladığı günlərdən bu  günə qədər həmişə ona həmişə  təhsil  məsələlərini mükəmməl  bilən yenilik  tərəfdarı, idarəetmə sahısində ta səriştələri  olan insanlar  rəhbərlik edib.
Bu təhsil ocağında hazırda 238 şagird təhsil  alır.26 müəllim onların təlim  tərbiyəsi ilə  məşquldur.Müəllim kollektivi öz  işinin ustası olan  peşakarlardan formalaşıb.Məktəb  rəhbəri Eyvaz müəllim idarəetmə fəaluyyətində demikratik prinsiplərə , kollegiallığa üstünlük üstünlük  verir,məktəb həyatının bir  sıra mühüm məsələlərinin həllində pedaqoji kollektiv üzvlərinin ,şagird  və  valideyinlərin fikirləri  rəy və təklifləri nəzərə alınır.
Məktəbin uğurları  və son nəticə , göründüyü  kimi sevindiricidir.50 ən yaxşı məktəb  sırasında Cülyan  kənd orta  məktəbində adı  var.
Qələbələrin böük sevinc və fərəh hissi , ölkə başçısına minnətdarlıq duyğqlqrı  ilə qarşılamış təhsil  müəssəsinin pedaqoji  kollektivinin üzvləri mükafatın  arxasında həm d\  yüksək  məsuliyyət  hissinin duyduğunu  yaxşı   başa  düşür  və  yeni  dərs  ilində öz  müvəffəqiyyələrini dahada artırmaq novatorluq axtarışlarına  daha  yaxından qoşulmaq , təhsilimizdəki yenilikləri daha fəal müdafiə  edib tətbiqinə çalışmaq əzmi  ilə başlayıblar.
       
                                             Çətin  və  maraqlı  idi.
Ən yaxşı müllimi bizimlə söhbətə təhsilə,təhsil  işçilərinə həmişə  böyük diqqət və  qayğı göstərən yüksək  ,onların çətin ,şərəfli əməyini yüksək  dəyərləndirən ,müsabiqələrin keçirilməsi barədə verdiyi sərəncamlara ,ölkə təhsilinin inkiçafına təkan  verən rəqabət mühiti yaratdığına , müəllimlərə öz  bilik və bacarırlarını nümayiş  etdirməyə imkan  açdığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham  Əliyevə ,Müsabiqənin təşkilatı  üzvlərinin  yüksək səviyyədə həyata keçirilməsindəki zəhmətinə  görə Təhsil  Nazirliyinə ,Misir Mərdənov  cənablarına  və  müsabiqə komissiyasının üzvlərinə  minnətdarlığını  bildirməklə  başladı.müsabiqənin  onda  necə  təəsurat yaratması barədəki suallarımızın cavabında isə
Şərafət Bayramov:
__   Müsabiqənin obyektiv  keçirilməsindən onda iştirak edən bütün  həmkarlarım  kimi mən  də çox  razı  qaldım.Müsabiqədə bütün mərhələlərdə yüksək  bal  toplayan   müəllimlər qalib  adını qazanıb  .
Şərafət  müəllim bir anlığa xəyala dandı .gözü  yol  çəkə - çəkə :
__Məltəb  illərində “Böyüyəndə kim  olacağam”  mövzusunda inşa yazarkən “Müəllim “ olacağımı yazmışdım .Uşaqlara olan  hədsiz  istəyim məni  müəllim olmağa sövq  etdi.
Budur artıq Şərarət neçə  illərdir  ki arzusuna qovuşub.Çox  sevdiyi uşaqlara ingilis  dilini öyrədir.Müəllimin  fikrincə ingilis dili müəllimi olduqca  çətin və məsuliyyətli peşədir.Çünki uşaqlar yeni  bir  dil  öyrənir.Şərafət  müəllim öz-özünə çox  tələbkar müəllimdir.Öz  üzərində işləməyi ,qabaqçıl  müəllimlərin iş  təcrübəsini öyrənib öz dərslərinə tətbiq  etməyi  sevir.Müsabiqə  qələbəsi onun əsl müəllim olduğunu təsdiqlədi.Ölkənin ən  yaxşı müəllimləri sırasına çıxdığı nı sübüt  etdi.Ş.Bayramov  dərslərində  ancaq  yeni  təlim  metodlarından  istifadı  edir.Onun  fikrincə ,bu  metodlar şagirdlərin təlimə  marağını artırır ,  onların idrakını ,təffəkürünü inkişaf etdirir,onlara sərbəst rəy söyləməyi aşılayır.
Necə  oldu ki ,müsabiqəyə qoşuldunuz “ sualına o,belə cavab verdi.
__Keçirdiyim hər  “açıq dərsin”  sonunda məktəbin  direktoru   E,Mursalov və  tıdris  işləri  üzrə  müavin İ.Şabanov və  dərslərimdə  iştirak  edən digər  müəllimlər   mənə  müsabiqədə iştirak  rtməyi  tövsiyə etdilər.Mən həyacala  deyirdim  bəlkə  hələ  tezdir. Lakin  daxildə qüvvə müsabiqəyə hazır  olduğumu  deyirdi. Müsabiqənin   şərtləri  ilə  tanış oldum və  sənədlərimi hazırlayıb  təqdim etdim..Birinci  il  müsabiqənin  III mərhələsində   az  ball topladığım  üçün   keçə  bilmədim.  Heç  ruhdan  düşmədim çünkü  orada  olan  şəffaflığı  bilirdim.İkinci dəfə  sənədlərimi  hazırladım yenidən  müsabiqəyə  qatıldım.Bəli  üç mərhələdən  ibarəy  olan müsabiqənin bütün  turlarında maksimum  bal  topladım .Müsabiqənin  II turu  daha  maraqlı  idi.Bu  turda indiyədək dərs  demədiyimiz uşaqlara dərs  keçməli  idik. Bu  isə  müəllimdən olduqca  böyük  ustalıq və  məharət  tələb  edir.Möhkəm  həyəcanlanmışdım.Bütün  bunlara   baxmayaraq , dərsimi  normal  keçdim  və dərs  ekspertlər  tərəfindən  yüksık  səviyyədə   alqışdandı.Üç mərhələnin nəticəsinə  görə 21,47  balla  100  müəllim arasında 4-cü  yeri  tutmuşam.
Bəli müsabiqədə iştirak  etmək çox  çətin və maraqlı  idi.
“ Ən yaxşı müəllim   “ müsabiqəsinin   digə   müəllimləri  kimi Şərafət  Bayramov da   möhtərəm Prezidentin  sərəncamı  ilə 5000  manat  məbləğində pul  mükafatı ilə mükafatlandırılıb.