Pages
- HOME
- the best teacher
- about our school
- websites for teachers
- international projects
- sport
- WOW!
- for students
- I am teacher
- International projects
- IEARN
- Resurs.az
- ENglish for kids
- Millinet.az
- Interpreter
- Təhsil portalı
- Elan
- Prometan
- Я ШКОЛА
- Teacheryutube
- Bloggif
- metod-kopilka
- Konstruktor uciteley
- Photo editor
- Pixiz
- learninggaps
- Calameo
- Animoto
- Nikname
- globalteacherprize
- We are in Japan
Showing posts with label VIDEO. Show all posts
Showing posts with label VIDEO. Show all posts
Sunday, 26 June 2011
Friday, 29 April 2011
İSMAYILLI RAYON CÜLYAN KƏND TAM ORTA MƏKTƏBİ.
The independence of Azerbaijan is Eternal
Azərbaycanın müstəqilliyi əbədidir.
28 may 1918 ci il Azərbaycanın ən parlaq və unudulmaz tarixi günlərindən biri yəni Azərbaycanın istiqlal
günüdür. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik
Cümhuriyyət əsrin sonunda yenidən bərpa olundu. 1918–ci ilin May
aynının 28–də Azərbaycan milli şurası istiqlal bəyannaməsi ilə
Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti
yarandığını e’lan etdi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar
və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil Azərbaycan
dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir. Azərbaycan xalq
cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmür və bütün
vətəndaşların siyasi hüquqlarını təmin etməlidir. USAID-IREX STUDENTS RESEARCHING PROJECTS.ŞAGİRD TƏHQİQT LAYİHƏSİ.-25 MAY 2011.
MƏKTƏBİMİZİN ŞAGİRLƏRİ BU LAYİHƏDƏ İŞTİRAK EDƏRƏK QALİB OLUBLAR VƏ İREX-SİN NUMƏYƏNDƏİ CƏNAB ƏLƏSGƏR MUƏLLİM TƏRƏFİNDƏN QİYMƏTLİ HƏDİYYƏLƏRLƏ TƏLTİF OLUNUBLAR.
Cülyan kənd
orta məktəbi 1929-cu ildən ibtidai,1963-cü ildəb əsas məktəb,1983-cü ildən isə
orta məktəb kimi fəaliyyət göstərir.2008- ci ilin sentyabr ayınadək tədris
köhnə,uyğunlaşdırılmış binada aparılırdı.
Hörmətli Prezidentimiz İlham Əliyevin qayğısı və köməkliyi ilə qısa müddətdə 220 şagird yeri olan yeni
məktəb binası tikilərək istifadəyə
verildi.Kollektivimiz üçün çox sevindirici haldır ki,illərlə arzuladığımız yeni məktəb binası tikildi və
binanın açılışında Təhsil
Naziri,hörmətli Misir Mərdanov cənabları da iştirak etdi.O məktəbdəki
şəraitlə tanış oldu , tədrisin vəziyyəti ilə maraqlandı və öz tövsiyələrini
verdi.Bu diqqətə görə kollektivimiz adından
hörmətli Misir müəllimə minnətdarıq.Məktəbdə 238 nəfər şagirdin
təlim-tərbiyəsi ilə 26 nəfər müəllim məşğul olur.Fənn müəllimləri ilə 100
% təmin olunmuşdur.Yeni məktəb binasında
tədris üçün lazım olan bütün şərait yaradılmışdır.H.Əliyev,əlaçılar,tarix-diyarşünaslıq
və şagirdlərin əl işlərindən ibarət
güşələr yaradılmışdır.Məktəbdə
idman zalı, kitabxana,bufet,2 laboratoriya və 8 fənn
kabineti şagirdlərin istifadəsinə
verilmişdir.
Məktəb
2005-ci ildən müstəqil maliyyələşmə ilə işləyir. 13 şagirdə 1 kompyüter olmaqla
18 kompyüter və digər İKT avadanlıqları vardır.Müəllim-şagird nisbəti
1:11-dir.Məktəb 5 günlük iş
həftəsi ilə,bir növbəli iş rejimi ilə işləyir. Respublika təhsilində gedən geniş miqyaslı məzmun
islahatları məktəbdə təlim şəraitinin yaxşılaşdırılması,tədrisin
keyfiyyətinin yüksəldilməsi
və müəllimlərin pedaqoji ustalığının artırılması istiqamətində əsaslı dönüş yaratmışdır.
Məktəbin bütün müəllimləri Təhsil Nazirliyinin və “Mədəd” humanitar
təşkilatının birgə hazırladıqları İKT kurslarının sertifikatını almışlar.Hər
bir müəllim işinə yüksək məsuliyyətlə yanaşaraq dərslər müasir tələblər
səviyyəsində qurmağa çalışır.Fərəhlə deyə bilərəm ki,müəllimlərimizin 60 %-dən
çoxu İKT avadanlıqları ilə işləməyi bacarırlar. Son üç ildə bir müəllimimiz “Qabaqcıl
Təhsil işçisi” döş nişanına (Şabanov İxtiyar Seyfəddin oğlu),iki nəfər isə
Təhsil Nazirliyinin “Təşəkkür”ünə(Abdullayev Tahir Şıxalı oğlu və Yəhyayeva Məryəm Əlibəy qızı)
layiq görülmüşdür. Bunun nəticəsidir ki,Cülyan kənd orta məktəbinin məzunları
hər il ali məktəblərə qəbulda fərqlənir.
Belə ki, son illərdə ali məktəblərə 62
nəfər məzun qəbul olmuşdur ki,onlardan 11 nəfəri 500-700 arasında bal toplamışdır.Məktəbin
məzunu Natiq Mursalov 664 balla Bakı
İqtisad Universitetinin beynəlxalq
iqtisadi münasibətlər fakültəsinə qəbul olmuşdur.O,Fransada magistratura təhsili almış və hazırda
Fransanın Azərbaycandakı səfirliyində
çalışır.Nurlan Qədirli 620 balla Polis Akademiyasına,Valeh Şabanov 598
balla Bakı Dövlət Universitetinə,Nərmin
Oruclu 594 balla ,Elvin İsazadə 660
balla Azərbaycan Dövlət Tibb Unuversitetinə
qəbul olmuşdur. İsazadə Elvin Prezident
təqaüdünə layiq görülmüşdür. Son üç ildə qəbulun nəticələri uğurlu olmuşdur.Ali
məktəblərə sənəd vermiş məzunların 2007-ci ildə 31 faizi,2008-ci ildə 36
faizi və 2009-cu ildə isə 38 faizi ali
məktəblərə qəbul olunmuşdur.
2010 ilin qəbul kampaniyası
|
2009 ilin qəbul kampaniyası
|
2008 ilin qəbul kampaniyası
|
2006 ilin qəbul kampaniyası
|
2005 ilin qəbul kampaniyası
|
2004 ilin qəbul kampaniyası
|
2001 ilin qəbul kampaniyası
|
Mursalov Natiq Eyvaz 2001 ilin buraxılışı. Toplanılan bal: 663.750. Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqtisadi münasibətlər" ixtisasına qəbul olunub. |
Şirəliyev Ramil Əliyar 1997 ilin buraxılışı. Toplanılan bal: 553.000. Azərbaycan Dillər Universitetinin "Filologiya" ixtisasına qəbul olunub. |
Sunday, 24 April 2011
Saturday, 23 April 2011
Wednesday, 23 March 2011
Sunday, 20 March 2011
Sunday, 20 February 2011
Monday, 7 February 2011
Wednesday, 19 January 2011
Thursday, 30 December 2010
Subscribe to:
Posts (Atom)






